Tələbələr ARDNŞ təqaüdü üçün imtahan veriblər
31 Oktyabr 2009 Şənbə 15:15
ARDNŞ təqaüdü üçün imtahan keçirilib. İkinci tura buraxılmaq üçün keçid balı neft şirkəti tərəfindən təyin olunacaq.
ARDNŞ təqaüdünü almaq istəyən tələbələr bu gün imtahan veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahan Azərbaycan Beynəlxalq Universitetinin 7-ci korpusunda olub. Müsabiqədə iştirak etmək üçün 480 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 459 nəfəri test imtahanında iştirak edib. İmtahan başa çatdıqdan dərhal sonra TQDK tərəfindən cavab kartlarının emalı aparılıb. Nəticələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təqdim ediləcək. İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar