Telebe Qebulu üzre Dövlet Komissiyası sedri qebul keçirecek
02 May 2013 Cümə Axşamı 10:40
Telebe Qebulu üzre Dövlet Komissiyası sedri qebul keçirecek. Qebul mayın 15-16-da olacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər,
Qazax rayonunda keçiriləcək qəbulda Qazax, Agstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər.

Gəncə şəhərində qəbul mayın 15-də TQDK-nın Gəncə regional bölməsində (ünvan: Heydər Əliyev meydanı, inzibati bina), Qazax şəhərində qəbul mayın 16-da Qazax Şahmat Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar