Təhsil sahəsində həllini gözləyən problemlər
20 Aprel 2013 Şənbə 20:46
Müəllimlər problemlərin səbəbini maddi təminatla bağlayırlar.
Hazırda ölkəmizdə təhsil sahəsində müəyyən problemlərin yaşandığı heç kəsə sirr deyil. Şagird və tələbələrin gileyləndiyi müəllimlər problemlərin səbəbini maddi təminatla bağlayırlar.
Bəs bu problemlərdən çıxış yolu nədir? 20 ildən artıqdır ki, Azərbaycanda ali və orta təhsil müəssisələri ilə fəaliyyət göstərən, hər zaman şagird və tələbələrinin imtahanlardakı yüksək nəticələri ilə fərqlənən Türkiyənin özəl təhsil şirkətinin rəhbəri Ənvər Özərən öz təcrübələrinə əsasən, təhsildə uğur qazanmağın sirrini, ilk növbədə, kadrlarla bağlayır.
Təhsildə olan problemləri Milli Məclisdə də etiraf edirlər. Parlamentin Elm və Təhsil Komitəsinin üzvü professor Musa Qasımlı hesab edir ki, müəllimlərin əmək haqlarının artırılmasından tutmuş dərsliklərin sadələşdirilməsinə qədər bütün problemləri həll etmək üçün müəyyən vaxta ehtiyac var. Onun fikrincə, əsas məsələ təhsilin keyfiyyətinin artırılmasıdır.
Qeyd edək ki, təhsillə bağlı bəzi qanunların qəbulu da yubanır. Belə ki, hələ ötən ildən müzakirə mövzusu olan “Təhsil kreditləri” haqqında qanun layihəsi parlamentin yaz sessiyasının gündəliyinə salınmayıb. Mütəxəssislər hesab edirlər ki, bu qanunun qəbulu aztəminatlı ailələrin övladlarının təhsil imkanlarını artıra bilər.
DOSTLARINLA PAYLAŞ: