Təhsil sahəsində fövqəladə vəziyyət elan etmək lazımdır
02 Mart 2011 Çərşənbə 12:16
Məleykə Abbaszadə zona müşavirəsindəki çıxışında belə deyib
“Elə rayonlar var ki, orada təhsil sahəsində fövqəladə vəziyyət elan etmək lazımdır". Bunu bu gün Bakı şəhəri, Binəqədi rayonu 276 saylı orta məktəbdə keçirilən zona müşavirəsində Tələbə Qəbuu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə deyib. TQDK sədri buna misal olaraq Ağsu və Xaçmaz rayonlarını göstərə biləcəyini deyib. Onun sözlərinə görə, Füzuli rayonunun yarısı işğal olunsa da, bu rayon üzrə də nəticələr digər işğal olunmuş rayonlarla müqayisədə qəbul göstəricilərinə görə çox aşağıdır.
DOSTLARINLA PAYLAŞ: