Təhsil Nazirliyinin əməkdaşları sel bölgələrinə ezam olunacaqlar
26 May 2010 Çərşənbə 11:15
Misir Mərdanov buraxlış imtahanları ilə bağlı xüsusi qərar veriləcəyini bildirib.
Təhsil Nazirliyi daşqın olan bölgələrdə mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı xüsusi qərar qəbul edəcək. Təhsil Nazirliyinin bir qrup əməkdaşı bu günlərdə daşqın olan bölgələrə ezam olunacaqlar. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib: “Biz bir daha yerlərdə şəraitlə tanış olub, valideynlərlə, şagirdlərlə görüşməliyik. Əlbəttə, onların fikri əsas olacaq ki, həmin bölgələrdə mərkəzləşmiş buraxılış imtahanları keçirək, ya yox. Keçirsək, necə keçirək? Keçirməsək, onların attestat qiymətlərinin yazılmasını necə müəyyənləşdirək? Bu məsələni yerlərdə şagirdlərin, müəllimlərin arzusuna uyğun həll etsək, daha düzgün olar”.

Nazir iyunun 1-2-nə qədər bununla bağlı xüsusi qərar qəbul olunacağını bildirib. M. Mərdanov qeyd edib ki, nazirliyi imtahanların necə götürülməsi deyil, şagirdlərin sağlamlığı maraqlandırır. Nazirin sözlərinə görə, daşqın olan rayonların icra hakimiyyəti başçıları və təhsil şöbələrinin müdirləri imtahanların keçirilməsi xahişi ilə ona müraciət ediblər: “Bu da onu da göstərir ki, müxtəlif tərəflərdən buraxılış imtahanlarının keçirilməsinə təzyiqlər olmasına baxmayaraq, Azərbaycan cəmiyyətində imtahanların keçirilməsinə maraq və istək var”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar