Təhsil Nazirliyindən xaric olunan tələblərlə bağlı açıqlama
25 Fevral 2014 Çərşənbə Axşamı 12:26
Onlar Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər.
Təhsil Nazirliyindən xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan tələbələrlə bağlı açıqlama verilib.

Nazirlikdən ANS PRESS-ə bildiriblər ki, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan tələbələr mülki ali təhsil müəssisələrinə qəbul oluna bilərlər: “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər”.

Nazirlikdən həmçinin kolleclərə müəllim kimi işə qəbul məsələsinə də aydınlıq gətirilib: “Kolleclərə müəllim kimi işə qəbul təhsil müəssisələrinin səlahiyyətindədir və direktorun əmri ilə həyata keçirilir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar