Təhsil Nazirliyindən saxta diplomlarla bağlı açıqlama
28 Yanvar 2014 Çərşənbə Axşamı 13:54
Təhsil Nazirliyindən saxta diplomlarla bağlı açıqlama. Ceyhun Bayramov: Saxta diplom aşkarlanan təhsil müəssəsləri cəzalandırılacaq.
“Diplomlarla əlaqədar mütəmadi olaraq ali təhsil müəssilərində yoxlamalar aparılır.” ANS PRESS-in məlumatına görə bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov söyləyib.
O, qeyd edib ki, hazırda Müəllimlər İnstitutu ilə bağlı istintaq aparılır:“İstintaq başa çatdıqdan sonra Republika Prokurorluğu açıqlama verəcək. Mütəmasdi olaraq qali təhsil müəssilərində yoxlamalar aparılır”.
O, qeyd edib ki, saxta diplom aşkarlanan Təhsil müəssəsləri cəzalandırılacaq.
Xatırladaq ki, Təhsil Nazirliyi hələlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Halbuki ekspertlər bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər. Gəncə filialının 2000-ci ildən bu günə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb.
DOSTLARINLA PAYLAŞ: