Təhsil Nazirliyindən Məleykə Abbaszadəyə cavab
29 Mart 2012 Cümə Axşamı 12:52
“TQDK-nın saxta hesab etdiyi diplomların hamısı qanunidir”
“Saxta olduğu deyilən diplomlar saxta deyil. "Qara siyahı”ya salınan diplomları kim hansı rəngdə görür, bilmirəm, amma həmin diplomlar saxta deyil”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin Azərbaycanda 22 mindən çox saxta diplomun olması barədə açıqlamasına münasibət bildirən nazir müavini bunları deyib: “TQDK özü də bilir ki, xarici ölkələrin, başqa yerlərin universitetlərindən köçürmələr var. Əgər Türkiyədə təhsil alan adam ailə vəziyyəti və ya başqa səbəbdən Azərbaycan ali məktəbinə köçürülüb və TQDK-nın imtahanında iştirak etməyibsə, həmin şəxsin diplomunu qara rəngdə görməyi başa düşə bilmirəm. Başqa bir məsələni də demək istəyirəm, 2004-cü ilə kimi Azərbaycanda özəl ali məktəblər də tələbə qəbulu həyata keçirirdilər”.

Q. Novruzov daha sonra bildirib ki, saxta kimi təqdim edilən diplomların hamısı qanuni diplomlardır və onlar Təhsil Nazirliyi tərəfindən verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar