Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi
30 İyul 2011 Şənbə 22:28
Əgər kimsə xaricdə təhsil imkanı yaradan mərkəzlərin vasitəsilə təhsil alacaqsa, bu halda onların diplomları tanınmayacaq.
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə xəbər var. Nazirlik bəyan edir ki, əgər kimsə xaricdə təhsil imkanı yaradan mərkəzlərin vasitəsilə təhsil alacaqsa, bu halda onların diplomları tanınmayacaq. Səbəb isə qəbul aparılan universitetlərin qanunsuz fəaliyyət göstərməsi ilə bağlıdır.
Ali məktəblərə keçirilən qəbul imtahanlarında yetərli bal toplamayıb tələbə adını qazana bilməyənlər, bu istəklərini reallaşdırmaq üçün başqa çıxış yolları axtarırlar. Bu işdə onlara valideynləri də kömək edir. Övladlarının tələbə olmaq arzularını ürəklərində qoymamaq üçün validenlər onların yolunda ciblərində olan son qəpiyi belə xərcləməkdən çəkinmirlər. Bu isə bəzi işbazlara əməlli başlı qazanmaq fürsəti yaradır.
Belə ki, “xaricdə təhsil” adı ilə fəalliyyət göstərən işbazlar diplom vədi ilə lisenziyasız ali məktəbələrə tələb qəbul etsələr də, nəticədə bu sənədlər etibarsız sayılır. Onların “sadəcə şəxsiyyət vəsiqəsi ilə ali məktəblərə qəbul” elanının da yəqin ki, eşitməmiş deyilsiniz. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda 20 bal belə toplamamısansa, xaricdə oxumaq şansından yararlan” və s kimi elanlar da var. Bu kimi sözlər də həmin elanlara misaldır. Əcnəbi universitetlərinin reklam lövhələrinə isə insanların daha çox olduğu yerlərdə rast gəlinir.
Valideyn Teyyubə Mirzəyeva deyir ki, belə elanlar barəsində çox eşidib, indi də gəlib bununla maraqlanmağa: “İstəyirəm nəvəm xaricdə oxusun”.
Elanda bəhs olunan, xaricdə təhsil imkanı yaradan mərkəzlərdən bir neçəsinin direktoru ilə həmsöhbət olduq. O xaricə universitetlərə tələbə qəbulunu Təhsil Nazirliyinin xətti ilə aparmadıqlarını gizlətmədi.
Xaricdə təhsil mərkəzinin direktoru Mirpaşa Aslanovun sözlərinə görə, bunların çoxu lisenziya almış universitetlərdir və oranın Təhsil Nazirliyi bu diplomları tanıyır: “Bizim Təhsil Nazirliyinin bu diplomları tanınmasını həmin tələbələrin valideynləri gedib nazirlikdən soruşa bilərlər. Sonradan onların diplomlarınıın tanınması da valideynlərin işidir. Biz ancaq qəbul etdirənə qədər məsuliyyət daşıyırıq”.
Rusiyanın ali məktəblərinə tələbə qəbulu elan edən daha bir mərkəzin direktoru da bizi inandırmağa çalışdı ki, onlar yalnız Rusiyanın dövlət ali məktəbləri ilə əməkdaşlıq edirlər. Yəni onlarda da həmin universtittelərin lisanziyaları var
Xaricdə təhsil mərkəzinin direktoru Tural Kərimli deyir ki, onlar buradan abituriyentin sənədlərini göndərirlər: “Abituriyentlər gedib orada imtahan verirlər və onların diplomları tanınır”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyir ki, xaricdə təhsil almaq istəyənlərin 99 faizi komissiyanın imtahanlarından kəsilənlərdi. Onun sözlərinə görə, belə şəxslərin məqsədi oxumaq deyil, yalnız diplom almaqdır.
Təhsil Nazirliyində isə deyirlər ki, xaricdə təhsil almaq hər bir kəsin hüquqdur. Yetər ki, təhsil alacağı ali məktəbin müvafiq lisenziyası olsun.
Təhsil nazirinin müavini Elmar Qasımovun sözlərinə görə, əvvəllər belə təbliğötlar burada da aparılırdı və Moskva universitetlərinə qəbul aparılırdı: “Həmin təbliğatla indi xaricdə fəaliyyət göstərirlər. Amma biz onları əvvəlcədən xəbərdar edirik. Biz onlara görə məsuliyyət daşımırıq və onların diplomlarını tanımayacağıq”.
Nazirliyin rəsmisi deyir ki, bizm öz göndərdiyimiz abituriyentlər var: “Bizdə olduğu kimi Türkiyə və Rusiyada da qanunsuz fəaliyyət göstərən universitetlər var. İmtahansız instituta qəbul olmaq olmaz”.
Əgər illəriniz, həm də pullarınız boşuna getməsini istəmiriksə, başınıza problem açmayıaq. Çünki sonrakı peşmançılıq fayda vermir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: