Təhsil Nazirliyi qəbul imtahanlarının nəticəsini normal sayır
12 Avqust 2011 Cümə 15:40
İlham Pirməmmədov: məktəbi aşağı qiymətlərlə bitirənlər ali məktəblərə sənəd verməməlidir
Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov builki qəbul imtahanlarının nəticələrini normal qiymətləndirir. Onun fikrincə, məktəbi aşağı qiymətlərlə başa vuran şagirdlər ümumiyyətlə ali məktəblərə sənəd verməməlidir. Bu gənclərin təhsillərini peşə məktəblərində davam etdirmələri daha məqsədəuyğundur.

Bununla belə İlham Pirməmmədov deyir ki, aşağı qiymətlər alan şagirdlərə attestat verildikdən sonra onlar ixtisas seçimlərində sərbəstdirlər. Təhsil Nazirliyi sadəcə olaraq imtahandan kafi qiymət ala bilməyən 3 min şagirdə bu il attestat verməyib.

Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sərdi Məleykə Abbaszadə bildirib ki, bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 2011-ci il məzunlarının 28,1 faizi 0-100 arasında bal toplayıb. Məzunların 22 faizi isə 100-200 bal arası nəticə göstərib.

Onun sözlərinə görə, bu il attestat qiyməti “3” olan abituriyentlərin 87,8 faizi 100 baldan çox toplaya bilməyib: “Amma həmin şəxslər orta məktəblərdən attestat alıblar. Attestat qiyməti 4 və 4 yarım olan abituriyentlərin 11,6 faizi 0-100 bal arası nəticə göstərib. Halbuki 4 və 4 yarım attestat qiyməti çox böyük nəticədir. Bu il neçə min nəfər attestat almayıb. Bəs görəsən attestat almayanlar hansı nəticə göstəriblərmiş? Buraxılış imtahanlarında 0-150 bal toplayan məzunlar ali məktəblərə qəbul prosesinə gəlib çatmamalıdır. Onlar gərək buraxılış imtahanlarında kəsilsin. Çünki bilirik ki, bu nəticələr məktəbdə “2” deməkdir”.

M. Abbaszadə qeyd edib ki. bu il orta məktəbləri qızıl medalla bitirən məzunların isə topladıqları orta bal 500-dən yuxarı olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar