Tehsil naziri müellimler ve direktorların maaşlarının azlığından danışdı
26 Sentyabr 2013 Cümə Axşamı 18:08
Azerbaycanda müellimlerin maaşları artırılmalıdır. Lakin bunun ne qeder yox, nece edilmesi esasdır.
“Azərbaycanda müəllimlərin maaşları artırılmalıdır. Lakin bunun nə qədər yox, necə edilməsi əsasdır”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, maaşların artırılması ilə bağlı əsas məsələ məktəb direktorları ilə əlaqədardır: “Onlar müəllimlər qədər maaş alırlar, amma üzərlərində çox böyük yük var. 2000 şagirdi olan məktəbin direktoru da, daha az şagirdi olan məktəb direktoru da eyni maaşı alır. Bu isə düzgün deyil. Görünür, bizim ödəmə sistemində bir problem var. Biz tərkibində müəyyən çatışmazlıq olan sistemi daha da çətinləşdirmək istəmirik. Nazirlik bu istiqamətdə müvafiq qurumlarla işlər aparılır. Düşünürük ki, bu sahədə gələcəkdə uğur qazanacağıq. Mövcud sistemdə hansısa yeniliklərə nail olmaq istəyiriksə, qarşıda gözlənilən bütün məsələlər əvvəldən nəzərə alınmalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar