Tehsil naziri Mikayıl Cabbarov telebelerle görüşüb
13 Avqust 2013 Çərşənbə Axşamı 18:32
Tehsil naziri Mikayıl Cabbarov genclere Azerbaycanla daim sıx elaqe saxlamağı tövsiye edib. Nazir onların her birinin xaricde ölkeni layiqince temsil edeceyine ümidvar olduğunu bildirib.
Təhsil naziri Mikayıl Cabbarov avqustun 13-də 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunan 53 tələbə ilə görüşüb.
ANS PRESS-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir tələbələri təbrik edərək, onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləyib. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan M. Cabbarov, hazırda bu ənənənin uğurla davam etdirildiyini deyib.
Gənclərə Azərbaycanla daim sıx əlaqə saxlamağı tövsiyə edən nazir onların hər birinin xaricdə ölkəni layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib. Təhsil naziri gənclərin seçdikləri ixtisaslar üzrə hərtərəfli biliklərə yiyələnməsinin əhəmiyyətinə toxunub, onların yüksək səviyyəli mütəxəssis kimi vətənə dönəcəklərinə əminliyini ifadə edib.
DOSTLARINLA PAYLAŞ: