Tehsil Naziri mekteb direktorunu işden çıxarıb
16 May 2013 Cümə Axşamı 17:13
Direktor I sinife qebulu ile bağlı proseduru kobud pozub.
Bakıda daha biur məktəbin direktoru işdən çıxarılıb. ANS PRESS-in Təhsil Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri ilə bağlı olaraq yaradılan və funksiyalarına Nazirliyə daxil olunmuş müraciətlər əsasında araşdırmaların aparılması həvalə edilmiş daxili nəzarət şöbəsi tərəfindən hazırda bir sıra şikayətlər nəzərdən keçirilir. Aparılmış daxili araşdırmalar nəticəsində aşağıdakı faktlar aşkarlanmış və müvafiq tədbirlər görülüb.

Vətəndaş M.Kazımovun müraciəti əsasında aparılan araşdırma zamanı şagirdlərin 1-ci sinifə qəbulu ilə bağlı prosedur qaydalarının kobud pozuntusuna görə Suraxanı rayonunda yerləşən 270 nömrəli məktəbin direktoru Talıb Rəhimov vəzifəsindən azad olunub.

Vətəndaş N.Eyvazlının müraciəti əsasında daxili işlər orqanlarına arayışın təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənləri iş üzrə Şura Katibliyin bir əməkdaşı tutduqları vəzifədən azad olunub.

Vətəndaş A.Ağabəyovun müraciəti əsasında aparılmış araşdırma zamanı qulluq mövqeyindən sui-istfadə edərək tədrisdə yaranmış müvəffəqiyyətsizliklərin aradan qaldırılması üçün tələbələrə qeyri-qanuni yolla kömək göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu vəzifədən azad olunmuş, həmin kollecin direktoru və direktor müavini aşağı vəzifəyə keçirilmişlər.

Nazirliyin rəsmi saytında yer alan məlumata görə, təhsil sistemi ölkənin sosial və iqtisadi inkişafının mühüm elementlərindən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyəti ölkə vətəndaşlarının təhsil alma hüquqlarının təmin edilməsinə yönəlib. Təhsli Nazirliyinin əsas funksiyalarından biri təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarının qorunması məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaqdır. Bu baxımdan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata keçirilməsində sistemli yanaşmanı təmin edəcək.

Xatırladaq ki, adıçəkilən direktorun ötən gün təhsil naziri tərəfindən işdən çıxarılması ilə bağlı xəbərlər yayılmışdı. Direktorun işdən çıxarılmasına səbəb 1-ci sinifə şagird qəbul edərkən valideyndən 100 manat tələb etməsi göstərilirdi.
İlkin Qaranzadə adına 270 saylı məktəbin direktoru Talıb Rəhimov ANS PRESS-ə verdiyi açıqlamada bu xəbəri təkzib edərək bildirmişdi ki, o, hal-hazırda məktəbdə direktor işləyir. Talıb Rəhimov həmçinin haqqında deyilənləri "böhtan" adlandıraraq ona şər atıldığını demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar