Təhsil müəssisələrinin təhsil haqlarını qaldırmağa ixtiyarı yoxdur
11 İyun 2009 Cümə Axşamı 13:50
“Heç bir təhsil müəssisəsinin, onun rəhbərinin təhsil haqlarında bu və ya digər dərəcədə dəyişiklik etməyə ixtiyarı yoxdur”.
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bəzi ali təhsil müəssisələrinin təhsil haqlarını ötən illə müqayisədə iki dəfə qaldırmasına münasibət bildirərkən deyib. Nazir bildirib ki, ali təhsil müəssisələrində təhsil haqları Tarif Şurasının qərarı ilə tənzimlənir: “Tarif Şurasında bizim nazirliyin nümayəndəsi də var. Yalnız Tarif Şurasının qərarı ilə o haqlar artırıla və ya azaldıla bilər. Kim öz qərarı ilə bu addımı atırsa, səhv edir. Biz həmin qərarı ləğv etməyə hazırıq”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar