Təhsil müəssisələri mühafizə olunacaq
20 Avqust 2009 Cümə Axşamı 12:25
“Yeni tədris ilində bütün təhsil müəssisələri dövlətin vəsaiti hesabına mühafizə olunacaq. Bu barədə biz dövlətin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələr qurmuşuq və yəqin ki, dərs ili başlayan andan bu məsələ öz həllini tapacaq”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Azərbaycan hökumətinin Dövlət Neft Akademiyasında baş vermiş hadisənin bir daha təkrarlanmasına imkan verməyəcəyinə əmindir: “Yəni valideynlər tam arxayın olsun ki, onların övladlarının sağlamlığı Azərbaycanın bütün təhsil müəssisələrində dövlət tərəfindən mühafizə olunacaq”. M. Mərdanov özəl və dövlət təhsil müəssisələrinin, orta və ali məktəblərin və həmçinin uşaq bağçalarının da mühafizə ediləcəyini vurğulayıb: “Bunun üçün nə qədər vəsaitin xərclənəcəyini isə indi dəqiq söyləyə bilmərəm. Çünki belə müəssisələrin sayı 7 minə yaxındır. Ona görə də maliyyə vəsaitinin məbləğini söyləməkdə çətinlik çəkirəm”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar