Təhsil işçilərinə fəxri adlar verilib
07 Dekabr 2009 Bazar Ertəsi 22:25
Təhsil işçilərinə fəxri adlar verilib. Prezident müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə dair sərəncam imzalayıb.
Prezidentin sərəncamına əsasən Piriyev Vaqif Ziyəddin oğlu “Əməkdar Elm Xadimi", Alıcanov Mayıl Sədyar oğlu, Allahverdiyev Səttar Şahverdi oğlu, Dəmirov Aslan Həsən oğlu, Əliyev Məmməd İrac oğlu,
Həsənli Bilal Ağababa oğlu,Həsənov Fərrux Həsən oğlu, Həsənov Mircəfər Mirməsi oğlu, Hüseynzadə Rüfət Lətif oğlu, Qasımlı Şamil Ağababa oğlu, Nəcəfova Raya Əli qızı, Nəzərov Akif Məmmədağa oğlu,
Orucəliyev İsgəndər Əhməd oğlu, Rasulov Rafiq Abduləli oğlu, Şükürov Rasim Yusif oğlu və Veysov İsa Əkbər oğluna “Əməkdar Müəllim”, Hüseynova Rəna Tələt qızına isə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: