"Təhsil haqqında” qanun layihəsi iyunun 16-da üçüncü oxunuşda Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Bu barədə APA-ya açıqlamasında sözügedən komitənin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədrinin sözlərinə görə, qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. Onun sözlərinə görə, qanun layihəsi üçüncü oxunuşa yüksək səviyyədə hazırlanıb, müxtəlif nazirliklər, o cümlədən deputatlar tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınıb: “Çox ehtimal ki, Azərbaycanda yeni təhsili ilini yeni qəbul olunan qanunla başlayacağıq”.
APA