Təhsil haqqında qanun layihəsi
21 Mart 2009 Şənbə 17:40
Komissiya sədri, qanun layihəsinin yaz sessiyası ərzində qəbul ediləcəyinə şübhə etmədiyini də vurğulayıb.
Apreldə “Təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib. Komissiya sədri deyib ki, hazırda qanun layihəsinin üçüncü oxunuşa hazırlanması prosesi gedir: “Aprelin 10-dək sənəd üçüncü oxunuş üçün müzakirəyə tam hazır olacaq”. Ş. Hacıyev ikinci oxunuşdan sonra qanun layihəsi ilə bağlı Təhsil, Səhiyyə, Ədliyyə, Maliyyə nazirliklərindən, eyni zamanda millət vəkilləri, ekspertlər, ayrı-ayrı vətəndaşlardan çoxlu sayda rəy və təkliflərin daxil olduğunu bildirib.
Komissiya sədri, qanun layihəsinin yaz sessiyası ərzində qəbul ediləcəyinə şübhə etmədiyini də vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar