Tanınmış jurnalistlərin qızları BDU-ya qəbul olunublar
18 Avqust 2013 Bazar 06:59
Xalid Kazımlı və Könül Şamilqızının övladları da III istisas qrupunda ali məktəblərə qəbul olunan abituriyentlər sırasındadır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 17-də elan edib. Modern.az-ın xəbərinə görə, tanınmış jurnalistlər Xalid Kazımlı və Könül Şamilqızının övladları da III istisas qrupunda ali məktəblərə qəbul olunan abituriyentlər sırasındadır. Onların hər ikisi imtahanlarda 600-dən yuxarı bal toplamışdılar.

"Musavat.com” saytının redaktoru Xalid Kazımlının bildirdiyinə görə, onun qızı Fidan Asifli Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Fidan 660 bal toplayıb.

Hazırda qardaş Türkiyədə - “TRT Türk”də çalışan jurnalist Könül Şamilqızının qızı Ülkər Əliyeva da Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Ülkər isə 685 bal toplayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar