Sumqayıtda «Gənc informatiklər» müsabiqəsi keçiriləcək
16 Aprel 2009 Cümə Axşamı 10:55
Müsabiqəsində 400-dən çox şagird iştirak edəcək

Sumqayıtda orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən «Gənc informatiklər» müsabiqəsində iştirak etmək üçün 400-dən çox şagird ərizə ilə müraciət edib. Bu barədə Təşkilat Komitəsinin sədri, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib: "Ərizəçilərdən 150 nəfəri internet səhifələrin, 200-dən çoxu təqdimat işlərinin hazırlanması üzrə müsabiqədə iştirak edəcək, təxminən 60 nəfər ibtiadi sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparacaq".
V.Bağırov Sumqayıt şəhər məktəbliləri ilə yanaşı, Abşeron və Xızı rayonlarından da şagirdlərin müsabiqədə iştirak etmək istədiyini bildirib. Təşkilati işlər barədə danışan V.Bağırov, artıq 100 nəfər müəllimin Qafqaz Universitetində internet səhifə yaradılması və dizayn proqramları üzrə təlimlərə başladığını və kursların həftədə 2 dəfə olmaqla daha 1 ay davam edəcəyini qeyd edib.
Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsi tərəfindən həyata keçirilən ənənəvi «Gənc İnformatiklər» müsabiqəsi orta ümumtəhsil məktəblərinin şagirdləri arasında informasiya texnologiyaları layihələri üzrə aparılır.   /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar