Bu il Azərbaycanda “Son zəng”in vaxt dəyişdirilib.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov APA-ya bildirib ki, bu il 31 may bazar gününə düşdüyündən orta məktəblərdə “Son zəng” mayın 30-da keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ictimaiyyətlə əlaqələr sektorunun Zəminə Əli qızı isə APA-ya bildirib ki, şagirdlərin təhlükəsizliyini təmin etmək üçün bu il şagirdlərin Milli Parka və digər yerlərə kütləvi şəkildə gəzintiyə çıxmaması tövsiyə ediləcək.
APA