Son zəng gəlib çatdı
31 May 2010 Bazar Ertəsi 06:15
Bütün məktəblər polisin nəzarətinə götürüləcək və son zənglə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
Bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində son zəng çalınacaq. Bu il təxminən 104 min nəfər məzun olacaq. Təhsil nazirliyinin qərarına əsasən, son zəng saat 10.00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. İctimai asayişi təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçmiş paytaxt polisi orta ümumtəhsil məktəbləri, park və meydanları nəzarətdə saxlayacaq. Bakı şəhər baş polis idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, artıq bununla əlaqədar idarədə xüsusi tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, 31 may tarixində Bakı şəhər baş polis idəraəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və son zənglə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar