Son buraxılış imtahanlarının nəticələri açıqlandı
02 İyul 2012 Bazar Ertəsi 10:42
Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012-ci il iyunun 29-da respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda təhsil alan XI-IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagir kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar