Sınaq imtahanlarının nəticəsi aprelin 8-də bəlli olacaq
05 Aprel 2010 Bazar Ertəsi 11:35
Ötən gün keçirilən ilk imtahana 1039 nəzarətçi cəlb edilib.
Ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən ilk sınaq imtahanında iştirak etmək üçün 31538 abituriyent qeydiyyatdan keçib. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, respublikanın 28 şəhər və rayonunda olan imtahanlar 35 binada keçirilib. Prosesin idarə olunmasına 123 imtahan rəhbəri, 1039 nəzarətçi-müəllim cəlb olunub. Aprelin 4-də keçirilmiş sınaq imtahanının nəticələri aprelin 8-də internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 11-də və 18-də keçiriləcək. Hazırda aprelin 11-də və 18-də keçiriləcək sınaq imtahalarına yazılış davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar