Sınaq imtahanına yazılış başladı
    28 Mart 2013 Cümə Axşamı 10:25
    Sınaq imtahanına yazılış internetlə aparılır.
    
                	 
    
         Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçiriləcək sınaq imtahanlarına yazılış başlayır. TQDK-dan verilən xəbərə görə, sınaq imtahanlarına yazılış bu gün saat 9:00-dan etibarən aparılır. 
Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə ilk sınaq imtahanları aprelin 7-də olacaq.
DOSTLARINLA PAYLAŞ: