Sınaq imtahanı neticeleri açıqlandı
10 Aprel 2013 Çərşənbə 11:28
Sınaq imtahanı neticeleri TQDK saytında yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 7-də keçirdiyi ilk sınaq imtahanının nəticələrini açıqlayıb.

ANS PRESS-in TQDK-ya istinadən verdiyi xəbərə görə, imtahanın nəticələri qurumun saytında yerləşdirilib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb. İmtahana qeydiyyat isə internet vasitəsilə martın 28-dən keçirilib.

Növbəti sınaq imtahanının aprelin 14-də keçiriləcəyi gözlənilir. Hal-hazırda növbəti imtahan üçün qeydiyyat aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar