Şəki şəhərində dəhşətli qətl hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzindəki şahmat kulubunun qarşısında baş verib.
Kimliyi hələlik hüquq-mühafizə orqanı əməkdaşlarına məlum olmayan şəxs naməlum şəxs və yaxud şəxslər tərəfindən qətlə yetirilib. Onun baş nahiyəsinin kəsilərək öldürüldüyü bildirilir.
Şəhər Prokurorluğundan ANS PRESS-ə faktı təstiq edərək bildiriblər ki, hazırda polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə yollanıb, araşdırma aparılır.
Şəkinin mərkəzində baş kəsildi
Hadisə şahmat kulubunun yanında olub




Şərhlər