Səfurə ali məktəbə qəbul olmaq üçün imtahan verəcək
11 İyun 2010 Cümə 12:40
Məleykə Abbaszadə “Eurovision” təmsilçimizin ali məktəbə müsabiqədən kənar yerləşdirilməsi barədə məlumatlara aydınlıq gətirib.
“Mən TQDK sədriyəm, amma “Eurovision” müsabiqəsinin iştirakçısı Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar qəbul olması barədə mənə qərar daxil olmayıb”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar yerləşdirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirən TQDK sədri “Eurovision” təmsilçimizin ali məktəbə qəbul üçün sənəd verdiyini qeyd edib. “Amma o, imtahanda iştirak edəcək. Çünki “Eurovision” müsabiqəsində beşinci yeri tutub”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar