Saxta diplomlarla bağlı proses yekunlaşmaq üzrədir
29 Noyabr 2011 Çərşənbə Axşamı 12:22
Nazir Misir Mərdanov: “Saxta diplomlarla bağlı proses ciddi şəkildə davam edir”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, hələlik bununla bağlı dəqiqləşdirmələr aparılır, bu iş artıq yekunlaşmaq üzrədir.
M. Mərdanovun sözlərinə görə, bir həftədən sonra Təhsil Nazirliyində saxta diplomlarla bağlı geniş kollegiya iclası keçiriləcək: “Orada dəqiqi rəqəmlər, bununla bağlı vəziyyətin necə olması haqda ictimaiyyətə geniş məlumatlar veriləcək. Saxta diplomlarla bağlı problem kütləvi şəkildə olmasa da, əvvəllər də olub. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görürdük. Son zamanlar isə bu işə daha ciddi yanaşmışıq. Bu, ölkədə təhsili qorumaq və təhsilin keyfiyyətini artırmaq üçün atılan addımdır. Hazırda təhsil və elm Azərbaycan üçün daha önəmlidir. Bu baxımdan bu işə daha ciddi yanaşılır”.
DOSTLARINLA PAYLAŞ: