Saxta diplomla işləyən müəllimlərin sayı açıqlandı
03 Dekabr 2011 Şənbə 11:49
Belə müəllimlərin çoxu ibtidai sinif müəllimi olub.
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə saxta diplomla işləyən müəllimlərlə bağlı apardığı araşdırmaların nəticəsini açıqlayıb. Təhsil naziri Misir Mərdanov şənbə günü keçirilən kollegiya iclasında bildirib ki, bu gün Azərbaycanda 150 mindən çox müəllim işləyir. Onların üçdə biri, yəni 58 min nəfərindən çoxunun təhsil sənədi ilə bağlı araşdırma aparılıb.

Nazirin sözlərinə görə, araşdırmalar nəticəsində orta məktəblərdə saxta diplomla 455 nəfərin işlədiyi məlum olub.

“Həmin şəxslər işdən azad ediliblər. Araşdırmalar nəticəsində 260 nəfərin lisenziyası olmayan ali təhsil müəssisələrinin diplomları əsasında, 11 nəfərin özəl məktəblərin arayışları, 54 nəfərin isə müxtəlif kursların vəsiqələri əsasında işlədiyi məlum olub”, - Misir Mərdanov deyib.

Belə araşdırmaların davam edilməsini vacib sayan Misir Mərdanovun sözlərinə görə, saxta diplomla işləyən müəllimlərin çoxu, yəni 149 nəfəri ibtidai sinif müəllimi olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar