Şagirddən pul alan müəllimə cəza
10 Mart 2009 Çərşənbə Axşamı 18:10
Gülnarə Hüseynovaya töhmət verilib

 

Adı şagirddən 8 Mart üçün pul almaqda hallanan Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbin müəllimi cəzalandırılıb. Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı ANS PRESS-ə bildirib ki, məktəbin müəlliməsi Gülnarə Hüseynovaya töhmət verilib. Z. Əliqızı bu cəzanın 8 Mart Beynəlxalq Qadınlar Günü ilə heç bir aidiyyəti olmadığını deyib: “İdarə tərəfindən ilkin araşdırma aparılır. Gülnarə Hüseynova şagirdlərə nəzarəti düzgün həyata keçirmədiyinə görə cəzalandırılıb. Həmin məktəbdə hazırda araşdırma davam etdirilir".
Qeyd edək ki, həmin məktəbin 9 “C” sinif şagirdi Mirsahib Əzimzadə martın 7-də özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Nəticədə onun qolu sınıb və kəllə-beyin travması alıb. Şagirdin valideynləri övladlarının hərəkətini məktəbin sinif rəhbəri G. Hüseynovanın onu 8 Martla bağlı pul verməməsi ilə bağlı tənbehinə görə etdiyini deyir. Bakı Təhsil İdarəsi isə M. Əzimzadənin dərsdən yayınmaq məqsədilə tullanması nəticəsində xəsarət aldığını iddia edir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar