Sabah Bakı və Sumqayıtda mərkəzləşmiş buraxılış imtahanları keçiriləcək
15 İyun 2010 Çərşənbə Axşamı 11:20
Təhsil Nazirliyi iyunun 16-da Bakı və Sumqayıt şəhərlərində 11-ci sinif şagirdləri üçün mərkəzləşmiş buraxılış imtahanları keçirəcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaq. İmtahanda test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (17-si Azərbaycan dili, 8-i ədəbiyyata), 25-i riyaziyyata (17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir. Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat sərf ediləcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar