Sabah ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək
22 İyul 2010 Cümə Axşamı 13:15
II ixtisas qrupu üzrə qəbul imtahanlarda iştirak etmək üçün 28072 abituriyent ərizə təqdim edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2010/2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, qəbul imtahanı Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılacaq. Bu il II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar