Rus bölməsinin abituriyentləri imtahan verir
07 İyul 2012 Şənbə 10:42
“Azərbaycan dili” fənni üzrə imtahandan məqbul qiymət alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan keçirir.
İmtahanda 3089 (3075 nəfər Bakıda, 14 nəfər isə Naxçıvanda) abituriyentin iştirak edir. Onlardan 1485 nəfəri qız, 1604 nəfəri isə oğlandır. Abituriyentlərdən 1413 nəfər orta ümumtəhsil müəssisələrini ötən illərdə bitirən məzunlar, 1676 nəfəri isə builki məzunlardır.
TDQK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahanların keçirilməsi üçün 7 (Bakıda 6, Naxçıvanda 1) imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunmasına 23 imtahan rəhbəri, 228 zal nəzarətçisi cəlb olunub. İmtahan saat 11:00-da başlayacaq.
Qeyd edək ki, “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 13-də keçirilib. Həmin imtahanda 9167 abituriyent iştirak edib, onlardan 7444 nəfəri “məqbul” qiyməti alıb.
Abituriyentin məqbul alması üçün onun topladığı bal 12-dən az olmamalıdır. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.
DOSTLARINLA PAYLAŞ: