Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı
07 İyul 2012 Şənbə 16:10
Nəticələr TQDK-nın saytında yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin bu gün Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçiridiyi imtahanın nəticələri açıqlanıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, nəticələr saat 15:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı öyrənmək üçün Azercell, Bakcell və Nar Mobile nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. İmtahanda iştirak etmiş abituriyentlərdən 1603 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb.

Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar