Rus bölməsi abituriyentləri Azərbaycan dilidən imtahan verir
21 İyun 2009 Bazar 11:05
Rus bölməsi abituriyentləri «Azərbaycan dili»dən imtahan verir. İmtahanda 3516 abituriyentin iştirakı nəzərdə tutulub

Bu gün rus bölməsinin abituriyentləri Bakı və Naxçıvan şəhərlərində "Azərbaycan dili" fənnindən imtahan verirlər. İmtahanda 3516 abituriyentin iştirakı nəzərdə tutulub ki, onlardan 1747-i qız, 1769-u oğlandır. Abituriyentlərin 1996-ı bu ilin, 1520-i ötən ilin məzunlarıdır. İmtahan verənlərin arasında 68 xarici vətəndaş da var. Onlardan yalnız 11-i Naxçıvanda imtahan verəcək.

Xatırladaq ki, rus bölməsinin abituriyentləri ilk imtahanı mayın 24-də veriblər. İlk imtahanın nəticəsinə görə, 8549 abituriyent məqbul alıb. 2100-ə yaxın abituriyent qeryi-məqbul qiymətləndirilir, 1400-ə yaxın abituriyent isə müxtəlif səbəblərdən imtahanlarda iştirak etməyib.

45 dəqiqə davam edəcək imtahanda abituriyentlər 30 sualı cavablandırmalıdırlar. Məqbul qiyməti almaq üçün isə suallardan ən azı 12-nə düzgün cavab verilməlidir. Hər düzgün sual abituriyentlərə bir xal qazandıracaq.

Qeyd edək kİ, imtahanlarda məqbul ala bilməyən abituriyentlər qəbul imtahanında iştirak hüququnu itirəcəklər.

Xatırladaq ki, imtahanda iştirak edən ən yaşlı abituriyentin 41, ən gəncinin isə 19 yaşı var. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar