Rezidenturaya qebulun neticeleri açıqlandı
04 Avqust 2014 Bazar Ertəsi 16:56
TQDK avqustun 4-de saat 16:00-dan etibaren 2014/2015-ci tedris ili üçün rezidenturaya qebulun neticelerini açıqlayıb.
Telebe Qebulu üzre Dövlet Komissiyası (TQDK) avqustun 4-de saat 16:00-dan etibaren 2014/2015-ci tedris ili üçün rezidenturaya qebulun neticelerini elan edib.
ANS PRESS-in TQDK-a istinadla verdiyi melumata göre, neticeleri TQDK-nın internet saytından ve ya iş nömresini mobil telefonla 7727 nömresine göndermekle öyrenmek olar.
İki merhele üzre keçirilen qebul imtahanlarının neticelerine esasen müsabiqede iştirak eden 814 namizedden 577 neferi tehsilini rezidenturada davam etdirmek hüququ qazanmışdır. Onlardan 160 neferini oğlanlar, 417 neferini qızlar teşkil edir.
Rezidenturaya qebul olanlar teleb olunan senedleri avqustun 11-den 15-dek olan müddetde müvafiq quruma:
- Azerbaycan Tibb Universitetinin Herbi Tibb fakültesine qebul olmuş şexsler Azerbayca Respublikası Müdafie Nazirliyine;
- Naxçıvan Dövlet Universitetine qebul olmuş şexsler Naxçıvan Dövlet Universitetine;
- Azerbaycan Tibb Universitetinin mülki ixtisaslarına ve diger tibb müessiselerine qebul olmuş şexsler Azerbaycan Respublikası Sehiyye Nazirliyine teqdim etmekle qeydiyyatdan keçmelidirler.
Namizedin bu müddetde qeydiyyatdan keçme¬mesi onun yerleşdirildiyi ixtisas üzre tehsil almaqdan imtinası kimi qiymetlendirilecek ve o, qebul olanlar siyahısından çıxarılacaq.
DOSTLARINLA PAYLAŞ: