Rezidenturaya qəbula hazırlaşan namizədlərə TQDK-dan kömək
01 Sentyabr 2011 Cümə Axşamı 17:48
Sentyabrın 10-da baza, 11-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək
TQDK rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün sınaq imtahanı keçirəcək. Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 10-da baza fənləri üzrə, 11 sentyabrda isə ixtisas fənləri üzrə sınaq imtahanları baş tutacaq.
Sınaq imtahanı Bakı şəhərində keçiriləcək. Hər bir imtahanın müddəti 3 saatdır. İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən (saat 16:00-dan) sentyabrın 8-dək (saat 10:00-dək) aparılacaq. Bunun üçün hər birinin qiyməti 3 AZN olan iki ədəd ödəmə kartı tələb olunur.
Ödəmə kartlarını akademik H.Əliyev küç., 17 ünvanında yerləşən “Abituriyent” satış köşkündən, eləcə də TQDK-nın internet saytından və Azercell abunəçiləri 7735 xidmətindən virtual formada əldə edə bilər.
İmtahan binalarına buraxılış şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana yazılmış namizədlər imtahan binasına buraxılmayacaq! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!
Bu imtahanlar namizədlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. Sınaq imtahanlarında iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirəcək.
DOSTLARINLA PAYLAŞ: