Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
26 Sentyabr 2011 Bazar Ertəsi 15:27
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı. 860 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 26-da saat 10:30-dan etibarən 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının nəticələrini elan edib. ANS PRESS-in TQDK-nın rəsmi saytına istinadla verdiyi məlumata görə, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 860 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
Qeyd edək ki, müsabiqədə iştirak hüququ olan namizədlər sentyabrın 26-dan (saat 14:00-dan) 29-dək (saat 10:00-dək) elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) qəbul olmaq istədikləri ixtisasları seçməli və ixtisas seçimini təsdiq etməlidirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: