Bu, tələbə-məzun informasiya bazasına tələbə-məzunlar haqqında məlumatları vaxtında daxil etməyən rektorlara aiddir.
Tələbə-məzun informasiya bazasına tələbə-məzunlar haqqında məlumatları vaxtında daxil etməyən ali məktəb rektorları cərimələnəcək. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, tələbə-məzun informasiya bazasına ali məktəbdə keçirilən imtahanların nəticələrini, universitetlərdən xaric edilən tələbələrin siyahısını və diplom alan məzunlar haqda məlumatları mütamadi olaraq yerləşdirmək lazımdır. Bəzi ali məktəblər bu işi 91%, bəziləri isə 29% yerinə yetirib
“Tələbələr ali məktəbi bitirir, onlara diplom verilir, amma bizim məlumat bazamızda bu yoxdur. Vaxtında daxil etmək lazımdır məlumatları. Əks halda rektorlar 2500 manat cərimə olunacaqlar, bu rəqəm dövlət büdcəsini doldurmaq üçün yetərli bir məbləğdir”.