Rektor Elmar Qasımov yüksek bal toplayanlara iPad verdi
31 İyul 2013 Çərşənbə 10:13
BANM-nin rektoru Elmar Qasımov 1-ci qrup üzre en yüksek bal toplamış 2 abituriyenti qebul edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 1-ci qrup ixtisasları üzrə test imtahanlarında ən yüksək nəticə 695 bal toplamış 2 abituriyenti qəbul edib.

ANS PRESS-in məlumatına görə, rektor Binəqədi rayonu 244 nömrəli məktəbin məzunu Sevinc Sakit qızı Qafarlını, Nərimanov rayonu 45 nömrəli məktəbin məzunu Zümrüd Yunis qızı Nəbiyevanı və onların valideynlərini qəbul edib.

Rektor Bakı Ali Neft Məktəbinə göstərdikləri marağa görə abituriyentlərə və onların valideynlərinə minnətdarlığını bildirib, onlara ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran vəzifələr, 2012-ci ildə qəbul kampaniyasında əldə etdiyi uğurlar, təhsil ocağında həyata keçirilən tədris proqramlarının özəllikləri, yaradılmış infrastruktur, tədrisin təşkili haqqında ətraflı məlumatlar vermiş, Ali Məktəbin inkişaf perspektivlərini açıqlamış, abituriyentlərə qiymətli hədiyyələr - iPad bağışlayıb.

Gələcək təhsillərində uğurlar diləyib. Abituriyentlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə rektora minnətdarlıqlarını bildiriblər.







DOSTLARINLA PAYLAŞ:

oyunlar