Rəbiyyət Aslanova: “Azərbaycan Türkiyənin irəli sürüdüyü hər bir təşəbbüsü dəstəkləməklə qardaş ölk
21 Dekabr 2011 Çərşənbə 13:00
“Türkiyənin Fransanın Əlcəzair və Şimali Afrikada törətdiklərini soyqırımı kimi qəbul etməsi barədə deyilənlər hələ ki, Türkiyədə irəli sürülən bir təşəbbüsdür. Bunun davamının necə olacaq hələ məlum deyil.
Türkiyə Azərbaycana qardaş dövlətdir. Ona görə də biz həmişə Türkiyənin yanında olacağıq”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova jurnalistlərin suallarına cavab olaraq deyib. Komitə sədri bildirib ki, Türkiyə Dağlıq Qarabağ problemi ilə bağlı həmişə Azərbaycanın yanındadır: “Bu problemin dünyaya çatdırmaqda da ön sıralardadır. Azərbaycan Türkiyənin irəli sürüdüyü hər bir təşəbbüsü dəstəkləməklə qardaş ölkənin yanında olacaq”.

R. Aslanova deyib ki, Fransa parlamenti qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edərsə, bu, insan haqlarının düşüncə azadlığının pozulmasına ən bariz nümunə olacaq: “Dünyada insan haqlarının qorunmasında böyük bir qüvvə, aparıcı söz sahibi olaraq özünü təqdim edən dövlətlərin düşüncə böhranı burada özünü göstərir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar