Qızıl və gümüş medal alan məzunların daxil olduqları ali məktəblərin adları açıqlanıb
26 Avqust 2011 Cümə 12:14
Qızıl medal qazanan məzunların ali məktəblərə qəbul zamanı topladıqları orta bal 636 olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2010 – 2011 – ci tədris ilinin ən yüksək bal toplayan və bu il ilk dəfə olaraq qızıl və gümüş medal qazanan məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricilərini açıqlayıb. İdarədən ANS PRESS-ə verilən məlumata görə, bu il ali məktəblərə qəbul zamanı respublika üzrə ən yüksək – 700 bal toplayan 4 məzunun 4 - ü də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin şagirdləri olub.

Onlar, 287 saylı “Zəkalar liseyi”nin məzunu Əli Əliyev, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova və 263 saylı orta məktəbin məzunu Cahandar Camallıdır.

Qızıl və gümüş medal qazanan məzunların göstəriciləri isə aşağıdakı cədvəldə əksini tapıb. Qeyd edək ki, qızıl medal qazanan məzunların ali məktəblərə qəbul zamanı topladıqları orta bal 636, gümüş medal qazanan məzunların orta bal göstəricisi isə 600 baldır.

Qızıl medal alanlar


1. Abdulla Hüseyn Müseyib - 72 nömrəli məktəb, topladığı bal - 690 - qəbul olduğu ali məktəb -Qafqaz Universiteti

2. İsmayılov Rüfət Ənvər 72 nömrəli məktəb, topladığı bal - 690, qəbul olduğu ali məktəb Diplomatik Akademiya

3. Rzayeva Sara Əbülfət, THL, topladığı bal 695, qəbul olduğu ali məktəb -Azərbaycan Tibb Universiteti

4. Süleymanova Elnarə Musa, 214 saylı məktəb, topladığı bal -604, qəbul olduğu ali məktəb Turizm İnstitutu

5. Babazadə Amil Abdul, 287 saylı məktəb, topladığı bal 590, Azərbaycan Dövlət Neft Akademiyası

6. Əşrəfli Seymur Azər, 14 saylı məktəb, topladığı bal 635, Bakı Dövlət Universiteti

7. Mehdiyeva Təyyubə Mübariz 57 saylı məktəb, topladığı bal - 675, APD İdarəçilik Akademiyası

8. Əsgərli Zeynəb Əhəd, 2 saylı məktəb, topladığı bal 656, Azərbaycan Tibb Universiteti

9. Ağalarlı Şəmsiyyə Hüseyn, 54, 631, Azərbaycan Tibb Universiteti

10. Əzizli Orxan İltifat, 162, 636, Diplomatik Akademiya

11 Niftəliyeva Nərmin Şahmar, 221, 621, Azərbaycan Tibb Universiteti

12. Əliyeva Fəridə Rauf, 20, 597, Bakı Dövlət Universiteti

13. Osmanov Cəmil Akim, 160, 539, Azərbaycan Dövlət Neft Akademiyası

14. Orlova Lidiya Sergeyevna, 160, 644, Moskva Dövlət Universiteti

Gümüş medal alanlar

1 Yusifova Nərmin Anar 23, 598, Azərbaycan Tibb Universiteti

2. İmanlı Cavid Oruc, 23, 576, AD İqtisadiyyat Universiteti

3. Əsədzadə Arzu Balaca, 179, 625, Azərbaycan Tibb Universiteti

4. Məmmədov Cavid Oqtayev,179, 602, Bakı Dövlət Universiteti


DOSTLARINLA PAYLAŞ:

oyunlar