Qəbul imtahanlarının vaxtı açıqlandı
07 Aprel 2010 Çərşənbə 11:30
Qəbul imtahanlarının vaxtı açıqlandı. İlk imtahan III qrup üzrə olacaq.
Azərbaycanda 2009-2010-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının günləri açıqlanıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Bu il imtahanlar III ixtisas qrupunun imtahanları ilə başlayacaq. Bu qrup üzrə imtahan iyul ayının 4-də olacaq. İyulun 11-də I, iyulun 17-də IV, iyulun 23-də isə II ixtisas qrupu üzrə imtahan keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə ərizələrin qəbulu aprelin 20-dən başlayacaq. Ərizə qəbulu mayın 31-dək davam edəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar