Qəbul imtahanlarında 700 bal yığanların adları açıqlanıb
30 İyul 2010 Cümə 13:10
Rekord nəticə göstərənlər Şəki, Mingəçevir və Bakı sakinləridir.
2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 7 nəfər maksimal nəticə - 700 bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rekord nəticə göstərən bakalavrların adlarını açıqlayıb. Qurumun rəsmi saytında yer alan məlumata görə, bunlardan iki nəfər I, iki nəfər II, üç nəfər isə IV qrup üzrə imtahan verənlərdir.

700 bal toplayan abituriyentlər:

I ixtisas qrupu
Nəriman İsxmixan oğlu Məmmədli – Bakı Türk Liseyinin məzunu
Günel Eldar qızı Abdullayeva – Şəki şəhəri Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin məzunu

II ixtisas qrupu
İsmayıl Əkbər oğlu Kazımov – Mingəçevir şəhəri, N.Gəncəvi adına 8 saylı şəhər orta məktəbinin məzunu
İlkin Natiq oğlu Məsimov - Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu

IV ixtisas qrupu
Aydan Aydın qızı Həsənova - Bakı Türk Liseyinin məzunu
Esmira Qəhrəman qızı Baxşəliyeva – Bakı şəhəri, Sabunçu rayonu, 72 saylı məktəb-liseyin məzunu
Aygül Oktay qızı Tanrıverdiyeva – Bakı şəhəri, Binəqədi rayonu, 115 saylı orta məktəbin məzunu

Qeyd edək ki, bu il III qrup üzrə ən yüksək nəticə göstərən olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar