Qəbul imtahanlarında 600 -dən çox bal toplayan gənclərin nəzərinə!
18 Avqust 2011 Cümə Axşamı 14:34
“Abituriyent” jurnalının ayrıca bir nömrəsi bütünlüklə onlara həsr ediləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlan­dırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. “Abituriyent” jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər “Abituriyent” jurnalının 6-cı sayında və ya TQDK-nın internet saytında verilmiş anket sorğusunu doldurmalı və onunla birlikdə 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər .

Əlaqə telefonları:
440-30-09 və 441-52-20.


DOSTLARINLA PAYLAŞ:

oyunlar