Qazaxıstanın təhsil naziri BDU-da olub
01 İyul 2011 Cümə 17:06
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Azərbaycanda səfərdə olan Qazaxıstanın Təhsil Naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, qonaqlara BDU haqqında ətraflı məlumat verən A. Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib. Rektor bildirib ki, universitet Qazaxıstanın ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlıdır və universitetlərin səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin həyata keçirilməsi mümkündür.
B.Jumaqulov Azərbaycan universitetləri, xüsusən BDU ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyəti BDU-nun strukturu, laboratoriyaları və elmi-praktik tədqiqat mərkəzləri, nano araşdırmalar mərkəzi ilə tanış olub. Qonaqlar BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzə də baş çəkərək, ölkəmizdə Qazax mədəniyyətinə verilən dəyərdən məmnun qaldıqlarını bildirdilər. A. Məhərrəmov qazağıstanlı nazirə “Heydər Əliyev” medalı və BDU-dan bəhs edən kitablar hədiyyə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: