“Qanunu pozmaq güc nümayişi deyil, mədəniyyətsizlikdir”
09 Sentyabr 2011 Cümə 15:46
“Azərbaycan seçicisi də, namizədləri də maarifləniblər.


Azərbaycan oturuşmuş, demokratik bir dövlətdir. Ölkəmizdə bütün beynəlxalq tələblərə cavab verən Seçki Məcəlləsi var. Buna hər kəs tabe olmalıdır”. APA-nın xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, Azərbaycanda proseslərin içərisində formalaşmış DSK sədrləri var. MSK sədri DSK sədrlərinə müraciət də edib: “İstərdik ki, bizim burada yaratdığımız şəraiti siz də seçki məntəqələrinin üzvləri üçün yaradasınız”.

M. Pənahov qanun pozuntularına da toxunub: “Bizdə bəzən elə başa düşürlər ki, qanunu pozurlarsa, deməli güc göstərirlər. Amma belə deyil, qanunu pozmaq mədəniyyətsizlikdir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar