Qafqaz Universiteti Dünya İqtisadiyyatı Bölməsinin Müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Sərvər Qurbanovun Türkiyədə kitabı nəşr olunub. Kitab, “Holland Sindromu: Nəzəriyyə və ölkə təhlilləri” adını daşıyır. Kitabı Amerikada yazan Dr. Sərvər Qurbanov, öz əsərində, 9 ölkə iqtisadiyyatını geniş, 10 ölkə iqtisadiyyatını isə qısa olaraq Holland Sindromu nəzəriyyəsinə görə təhlil etmişdir. Hollanda Sindromuna səbəb olan əsas amil, Norveç, Rusiya və Qazağıstan kimi ölkələrdə neft sektoru ikən, Kolombiyada qəhvə, Botsvanada almas, İspaniyada turizm, Türkiyədə xaricdə yaşayan işçilərin öz ailələrinə göndərdikləri pul və Tayvanda sürətli texnologiya inkişafı olmuşdur. Kitabın sonunda, Nəticə və təkliflər hissəsində, Holland Sindromundan yayınmaq üçün bir sıra təkliflər irəli sürülmüşdür. Akis Kitap tərəfindən nəşr olunan kitab, Türkiyənin qabaqcıl onlain kitap şatış saytlarında da oxucuya təqdim edilməkdədir.
http://www.idefix.com/kitap/hollanda-hastaligi-sarvar-gurbanov/tanim.asp?sid=N1P2PHXHHH8HYKJNV53L
http://www.kitapbooks.com/kitap/hollanda-hastaligi-teori-ve-ulke-ornekleri-p604876.html
http://www.yenisayfa.com/Kitap/hollanda-hastaligi-teori-ve-ulke-ornekleri/Content.aspx?pid=f9280281c83a794be440daf7cf1c30bd
http://bkmkitap.com/prddet.php?pid=293364#
http://www.kitapdenizi.com/kitap/60021-Hollanda-Hastaligi-kitabi.aspx
http://www.kitapadresi.com/kitapdetay.aspx?kid=239732-hollanda-hastaligi;-teori-ve-ulke-ornekleri
http://www.kitaplife.com/Hollanda-Hastaligi-Sarvar-Gurbanov,PR-469.html