Təhsil naziri Misir Mərdanov bayramlarla əlaqədar şagirdlərdən pul yığan bir neçə məktəb direktorunu vəzifəsindən azad edib. Bu barədə Misir Mərdanov jurnalistlərə məlumat verib. Təhsil nazirinin sözlərinə görə, reydlər zamanı bəzi məlumatlar təsdiqini tapıb: «Şəxsən mənim tapşırığım ilə bir neçə reyd keçirdik. Bizə verilən məlumatlar təsdiqləndi və biz yerində tədbirlər gördük. Bir neçə məktəb direktorunu vəzifəsindən azad etdik. Bəzilərinə qarşı digər tədbirlər gödük. Amma deyə bilmərəm ki, bu məsələlər çərçivəsində bütün məsələlər həllini tapdı. Hər halda, bizdə Təhsil Nazirliyi olaraq qaynar xətt fəaliyyət göstərir və qaynar xəttə daxil olan bütün məsələləri yerində araşdırırıq. Əsas Bakı şəhərində, Bakıda bu işə ciddi fikir veririk. Çünki məlumatların əksəriyyəti Bakıdan gəlir». /ANS TV/